15 
Mat
2020
13:39
390

Türkiyə ilə Gürcüstan arasında uçuşlar dayandırılır

Türkiyə və Gürcüstan koronavirusla mübarizə tədbirləri çərçivəsində qarşılıqlı uçuşların dayandırılması barədə ortaq razılığa gəlib.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb. Bəyanata əsasən məhdudiyyət martın 20-dən tətbiq ediləcək.

Qeyd edək ki, martın 14-dən etibarən Sarp gömrük keçid məntəqəsi ilə qarşılıqlı səfərlər məhdudlaşdırılıb. Məhdudiyyətin yük daşımalarına şamil olunmayacağı açıqlanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri