10 
Mat
2020
16:54
324

İrakli Kobaxidze 2020-ci il parlament seçkilərində 30 majoritar dairənin necə bölüşdürüləcəyini açıqlayıb

Parlament çoxluğunun üzvü İrakli Kobaxidze, hazırlanan yeni konstitusiya dəyişikliklərinə uyğun olaraq majoritar dairələrin necə bölüşdürülməsini izah edib.

İnterPress.ge xəbər verir ki, Kobaxidze 30 majoritar dairədən 18-nin şərqi Gürcüstan, 12-nin isə qərbi Gürcüstan ərazisində olacağını açıqlayıb.

Kobaxidzenin jurnalistlərə açıqlamasında bildirib ki, Tbilisidə 7 rayonda majoritar dairə yaradılacaq. Gürcüstanın qalan hissəsi üçün isə aşağıdakı kimi bölünüb:

Guria - bir.

Acarıstan - üç.

Samegrelo - üç.

Racha-Lechkhumi və Zemo Svaneti - bir.

İmereti - dörd.

Shida Kartli - iki.

Kaxeti - üç.

Kvemo Kartli - üç.

Samtsxe Cavaxeti - iki.

Mtsxeta-Mtianeti - bir.

Qeyd edək ki, ötən il iyunun 21-dən Tbilisidə keçirilən genişmiqyaslı etiraz aksiyalarında 2020-ci ildə parlament seçkilərinin proporsional (partiya siyahısı) sistemlə keçirilməsi tələb edilib. Martın 8-də ABŞ-ın Gürcüstandaki səfirliyində müxalifətlə hakim partiya arasında keçirilən görüşdən sonra 2020-ci ilin payızında keçiriləcək seçkilərin 120 yer proporsional və 30 yer majoritar olmaqla, 1% baryerlə keçirilməsi barədə razılığa gəlinib. Razılığa əsasən, ümumi səslərin 40%-dən çoxunu toplaya bilməyən partiya parlament çoxluğu sayılmayacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri