29 
Mar
2024
12:54
281

"Salam" platforması vətəndaşlara dövlət qurumları ilə münasibətdə təmənnasız köməklik göstərir

"Salam" platforması Marneulidəki Ədliyyə Evində vətəndaşlara təmənnasız olaraq gürcü dilində tərcümədə kömək edir.

InterPress.ge xəbər verir ki, bu xidmət saat 13:00-a qədər Ədliyyə Evininin qarşısında, saat 14:00-dan sonra isə Meriya qarşısında davam etdiriləcək.

Təşkilatın üzvü bildirib ki, dövlət qurumları vətəndaşlara ancaq dövlət dilində xidmət göstərir, baxmayaraq ki, Gürcüstan qanunvericiliyinə əsasən, gürcü dilini bilməyən şəxslərə öz ana dillərində xidmət göstərilə bilər. 

"Salam" platforması bildirib ki, oxşar xidmətlər gələcəkdə də həyata keçirilə bilər. Həmçinin vətəndaşlar ödənişsiz hüquqi xidmətlər üçün onlarla əlaqə saxlaya bilərlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər