22 
Mar
2024
10:23
1857

Texniki baxış mərkəzinin əməkdaşları saxlanıldı

Texniki baxış mərkəzinin əməkdaşı kommersiya rüşvətxorluğu və saxta sənəd hazırlamaq faktı üzrə ifşa edilib.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.

Qurum bildirir ki, iş üzrə iki nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslərdən biri Tbilisidə texniki baxış mərkəzində müfəttiş işləyən və avtonəqliyyat vasitələrinin texniki reqlamentin tələblərinə uyğun sınaqdan keçirilməsinə cavabdeh olan şəxs vətəndaşdan müəyyən məbləğdə pul tələb edib, bunun müqabilində texniki nasazlığı olan avtomobilə baxışdan müsbət keçməsi barədə sənəd tərtib edilib və həmin vaxt onlar ifşa olunub”, - deyə qurumun məlumatında bildirilir.

İş Gürcüstan Cinayət Məcəlləsinin 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 221 və 362-ci maddələri ilə araşdırılır.

Bizimlə əlaqə saxlayın