21 
Mar
2024
14:10
676

Ər arvadına mübahisə zəminində çoxsaylı bıçaq xəsarətləri yetirib

Kaxetidə ər arvadını bıçaqlayıb.

InterPress.ge xəbər verir ki, hadisə Axmeta bələdiyyəsinin Zemo Alvani kəndində baş verib.

Qarşılıqlı mübahisə zəminində ər bıçaqla arvadına çoxsaylı xəsarətlər yetirib.

Yaralı qadın xəstəxanaya aparılıb.

Həkimlərin sözlərinə görə, xəstənin bel nahiyəsində yaralar var.

Xəsarət alan qadın əməliyyat olunub, səhhətinin stabil olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın