20 
Mar
2024
16:36
318

Parlamentdə qarşıdurma yaranıb

Parlamentdə daxili işlər naziri Vaxtanq Qomelaurinin dinləmələri zamanı parlament çoxluğunun üzvləri ilə müxalifətçi deputat Roman Qotsiridze qarşı-qarşıya gəlib.

InterPress.ge xəbər verir ki, şifahi qarşıdurmaya Roman Qotsiridzenin çıxışı səbəb olub.

Qotsiridzenin sözlərinə görə, daxili işlər naziri özəl sektorun Qətərdən 22 milyon dəyərində uçan aparat aldığını bildirib.

“Biz bunun nə olduğunu bilmirik. Ola bilsin ki, dronlar, helikopterlər və s.-dir.  22 milyon dollarlıq uçan aparat indiyədək ölkəyə gətirilməyib, bu, Qırğızıstan-Qazaxıstana verilmir ki? Bu uçan aparatlar Gürcüstanda qalacaq, bəs bu 22 milyon kimindir? Biz bilirik ki, Gürcüstan Rusiyaya sanksiyaya məruz qalan malların ixracı üçün bir vasitəyə çevrilir”, - Qotsiridze bildirib.

Müxalifətçi deputatın bu açıqlaması əksəriyyət tərəfindən etirazla qarşılanıb və Roman Qotsiridzeyə bu suallar ünvanlanıb - “Sənin tapşırığın var və onu yerinə yetirirsən?”, “Sən doğrudan agentsən”, “O, öz ölkəsini nə ilə ittiham edir”, “Sən həqiqətən də qeybət edirsən”.

Roman Qotsiridzenin bu açıqlamasına Şalva Papuaşvili də cavab verib. Papuaşvili qeyd edib: "Biz o yerə çatmışıq ki, "Milli Hərəkat"ın keçmiş üzvü parlamentdə dezinformasiya yayır. Biz iclas zalında birbaşa ölkənin maraqlarına xəyanətə yol verməyəcəyik".

Bizimlə əlaqə saxlayın