20 
Mar
2024
15:21
884

Gürcüstanda ən çox bu avtomobillər istifadə olunur

2023-cü ilə olan məlumata görə, Gürcüstanda ümumilikdə 1.680.400 nəqliyyat vasitəsi qeydiyyata alınıb.

InterPress.ge xəbər verir ki, bu, Milli Statistika Xidmətinin məlumatında qeyd olunub.

Ötən il qeydiyyata alınmış minik avtomobillərinin 85,6%-i, yəni 1 438 600 ədədi minik avtomobilləri olub; 118 min - yük maşını; 54 100 avtobus və mikroavtobus; 69 600 - xüsusi təyinatlı nəqliyyat vasitəsi qeydiyyatdadır; 100 nəqliyyat vasitəsinin isə kateqoriyası məlum deyil.

Statistikaya görə, MERCEDES-BENZ yüngül avtomobillər üzrə liderdir, sonrakı yerdə TOYOTA və FORD gəlir.

Daha dəqiq desək, ilk 10 avtomobil markası bunlardır:

MERCEDES-BENZ -207 536 ədəd

TOYOTA - 172 741 ədəd

FORD - 155 337 ədəd

VAZ – 154 096 ədəd

OPEL – 144 596 ədəd

BMW – 77 493 ədəd

VOLKSWAGEN – 71 164 ədəd

NISSAN – 67 476 ədəd

HONDA – 63 318 ədəd

MITSUBISH – 53 430 ədəd

Konkret modellərə gəlincə, ilk 10 avtomobilin siyahısı belədir:

FORD TRANSIT – 49 177 ədəd

TOYOTA PRIUS – 45 637 ədəd

OPEL ASTRA – 37 128 ədəd

VAZ 21063 – 23 105 ədəd

HONDA FIT – 22 861 ədəd

MERCEDES-BENZ C 180 – 18 469 ədəd

OPEL VECTRA – 17 167 ədəd

TOYOTA CAMRY – 16 414 ədəd

VAZ 2106 – 15 562 ədəd

TOYOTA RAV 4 – 15 072 ədəd

Bizimlə əlaqə saxlayın