01 
Mat
2020
18:34
501

Gürcüstanda koronavirusa görə kütləvi tədbirlər ləğv olundu

Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai yerlərdə kütləvi tədbirlərin keçirilməsi ləğv olunub.

InterPress.ge xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Qərar barədə yerli idarəetmə orqanları artıq məlumatlandırılıb.

Şuranın Gürcüstanın baş naziri Giorgi Qaxarianın rəhbərliyi altında keçirilən iclasında bildirilib ki, ölkədə koronavirusa yoluxma ilə bağlı yeni hal aşkarlanmayıb. Qeyd olunub ki, 100-dən çox şəxs karantində saxlanılır.

İclasda bildirilib ki, Gürcüstan ərazisində məktəb, uşaq bağçaları və ictimai nəqliyyatın dezinfeksiyası aktiv fazadadır.

Qeyd edək ki, bu günə qədər ölkədə yeni koronavirusa üç yoluxma halı təsdiq edilib.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri