20 
Mat
2020
17:03
1006

Gürcüstan ən xoşbəxt ölkələrin neçənci sırasındadır? - REYTİNQ

BMT-nin 2020-ci il üçün “World Happiness” reytinqi açıqlanıb.

InterPress.ge xəbər verir ki, siyahıda Cənubi Qafqaz ölkələri də yer alıb.

Reytinqə əsasən, xoşbəxt ölkələr arasında Gürcüstan reytinqdə 117-ci yerdədir.

Belə ki, Azərbaycan 5,165 balla siyahıda 89-cu yerdə qərarlaşıb. Gürcüstan 4,673 balla 117, Ermənistan isə 4,677 balla 116-cı yeri tutub.

Finlandiya ən xoşbəxt ölkələr arasında liderliyi qoruyub saxlayıb. İkinci yerdə Danimarka, üçüncü yerdə isə İsveçrədir. İlk beşliyə İslandiya və Norveç də daxil olub.

Ən xoşbəxt ölkələrin siyahısının tərtib olunmasında adambaşına düşən ÜDM, həyat davamlılığı, sosial müdafiə, korrupsiyanın səviyyəsi və digər göstəricilər əsas götürülüb.

Qeyd edək ki, bu gün dünyada Beynəlxalq Xoşbəxtlik Günü qeyd olunur.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri