24 
Fev
2020
11:32
454

Qəbir daşlarını oğurlayan şəxslər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyinin Samegrelo-Zemo Svaneti Polis İdarəsinin Çxorotsku rayon şöbəsinin əməkdaşları, 1999-cu il təvəllüdlü B.L. və A.D. adlı şəxsləri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq zamanı məlum olub ki, saxlanılanlar Çoqa, Nafiçxovo, Kurzu və Çxorotsku kəndlərində 10 qəbir qarət ediblər.

Məlumata görə, Polis qarət əşiyaları geri qaytarıb. Saxlanılanların hər ikisi də günahlarını etiraf ediblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə istintaq davam edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri