16 
Fev
2020
10:57
2056

Qardabani bələdiyyəsində cinayət törədən şəxs saxlanılıb - Cinayətin təfərrüatlari açıqlandı - VİDEO

Kvemo Kartli polisi, Qardabani bələdiyyəsində qətl hadisəsi ilə bağlı bir nəfəri saxlayıb.

Bu barədə InterPress.ge-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verirlib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin əməkdaşları 1986-cı il təvəllüdlü T.M adlı şəxsi saxlayıblar.

İstintaqla müəyyən edilib ki, 15 fevral tarixində müttəhim, keçmiş həyat yoldaşı, 1996-cı il təvəllüdlü X.Q kənd sakinini qısqanclıq zəminində soyuq silahdan istifadə edərək çoxlu sayıda xəsarət yetirib. Qadın yerindəcə həyatını itirib.

Polis, hadisədən bir neçə saat sonra cinayətkarı həbs edib.

Faktla bağlı istintaq davam edir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci maddəsinin 2-ci bəndinin V bəndinə əsasən aparılır.

Saxlanılan şəxsi 13 ildən 17 ilə qədər həbs cəzasını gözləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər