14 
Fev
2020
18:21
1010

Tbilisi hava limanında külli miqdarda narkotik ələ keçirildi - VİDEO

Daxili işlər nazirliyinin mərkəzi kriminal polis departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsinin baş bölməsinin əməkdaşları Tbilisinin hava limanında xarici ölkə vətəndaşını həbs ediblər.

InterPress.ge xəbər verir ki, bu haqda DİN-nin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, 1969 cu il təvəllüdlü şəxs külli miqdarda narkotik vasitəni qanunsuz alıb saxlama və Gürcüstana qanunsuz daxil etmək istəyib.

Saxlanılan şəxsin üzərindən axtarışlar apararkən 97 həb Subuteks, 5 həb Ekstaz və 1 bağlama Mdma çıxıb.

Cinayət 5 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Faktla bağlı istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər