09 
Fev
2020
11:45
1129

Qardabanidə böyük miqdarda narkotik vasitələri ələ keçirilib - VİDEO

Qardabanidə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisinin əməkdaşları, aparılmış operativ-istintaq tədbirləri nəticəsində, 1982-ci il təvəllüdlü, xarici ölkə vətəndaşı olan E.A.-nı, xüsusi ilə böyük miqdarda narkotik vasitəsinin qanunsuz əldə edilməsi-saxlanılması ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.

“Hüquqmühafizəçilər ittiham olunanın üst-başını yoxlayarkən üzərindən “buprenorfin” tərkibli “suboteks” narkotik vasitəsinin 220 həbini dəlil kimi götürdülər”, – DİN-də bildirilir.

Faktla bağlı istintaq başlanılıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin “a” bəndi ilə aparılır. Maddə 8-dən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın