06 
Fev
2020
19:16
888

Tbilisidə əcnəbi vətəndaşı qətlə yetirən şəxs saxlanılıb 

Tbilisidə Hindistan vətəndaşını qətlə yetirən şəxs “isti izlər”lə saxlanılıb.

InterPress.ge xəbər verir ki, saxlanılan 1953-cü il təvəllüdlü şəxs əcnəbi vətəndaşın qonşusu olub.

İstintaqla müəyyən olunub ki, mübahisə zəminində o, 1986-cı il təvəllüdlü Hindistan vətəndaşını odlu silahla qətlə yetirib.

Polis silahı maddi sübut kimi müsadirə edib.

Saxlanılan şəxslə bağlı qəsdən adamöldümə və odlu silahın qanunsuz alınması, saxlanılması və daşınması maddələri üzrə cinayət işi açılıb. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.(report)

Bizimlə əlaqə saxlayın