03 
Fev
2020
21:09
4754

“Lotu Quli”ni öldürmək istəyənlərin başcısı Gürcüstan vətəndaşı olub - Polis görüntülər yayıb

Türkiyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları İstanbulda gücrü avtoritet Quram Çixladze və onun dəstəsinə qarşı əməliyyat keçirib.

İnterPress.ge xəbər verir ki, Rusiya mafiya qruplaşmaları arasındakı hesablaşma ilə bağlı Türkiyəyə gəldikləri və hər hansı əməliyyata hazırlaşdıqlarını müəyyən edən polis onları izləməyə başlayıb.

Yanvarın 31-də İstanbulun Kağıthanə, Sarıyer və Qaziosmanpaşa rayonlarında həyata keçirilən əməliyyat nəticəsində 9 Azərbaycan, 5 Gürcüstan, 2 Ukrayna və 1 Rusiya vətəndaşı saxlanılıb. Saxlanılanların üzərindən 11 tapança, avtomat və 222 mərmi ələ keçirilib.

Saxlanılanların hədəfində azərbaycanlı qanuni oğru Lotu Qulinin olduğu bildirilib. Onların Lotu Qulini Rövşən Lənkəranskinin ölümündə günahlandırdığı və buna görə də onu cəzalandırmaq üçün İstanbula gəldikləri bildirilib.

Bizimlə əlaqə saxlayın