31 
Yan
2020
21:08
2106

İstanbulda Lotu Quliyə hücum planlaşdıran silahlı qrupa qarşı xüsusi əməliyyat keçirilib

İstanbulda Anri Mali adlı ukraynalı cinayətkarın başçılıq etdiyi, Rusiya, Ukrayna, Gürcüstan və Azərbaycan vətəndaşlarından ibarət 16 nəfərlik dəstəyə qarşı xüsusi əməliyyat keçirilib.

İnterPress.ge Türkiyə mediasına istinadən xəbər verir ki, “Lotu Quli” ləqəbli azərbaycanlı başqa bir dəstə lideri Nadir Səlifov və adamlarına silahlı hücum planlaşdıran dəstə üzvləri ələ keçirilib.

Əməliyyyat nəticəsində biri rus, 3-ü Ukrayna, 4-ü gürcü, 8-i azərbaycanlı olmaqla dəstənin 16 üzvü şaxlanıb.

“Lotu Quli” ləqəbli Nadir Səlifov və adamlarına qarşı silahlı hücum təşkil etmək üçün Türkiyəyə gələn dəstənin bu ölkədə bir sıra başqa cinayət hadisələrinə də qarışdığı müəyyən olunub.

Məlumata görə, İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə qrupları tərəfindən aparılan araşdırma zamanı Türkiyədə olan qrupun 1-i rus, 3-ü Ukrayna, 4-ü Gürcüstan və 8-i azərbaycanlı olan üzvlərinin şəxsiyyəti və qaldığı yer müəyyən edilib.

Yanvarın 31-də səhər saatlarında İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə qrupları tərəfindən, dəstə liderləri də daxil olmaqla, dəstənin 16 üzvünün şəxsiyyəti, qaldığı yer müəyyən edilib və əməliyyat keçirilib. Dəstə üzvlərinin olduqları ünvanlardan 11 tapança, Kalaşnikov (AK 47) tipli avtomat və 222 ədət güllə götürülüb.

Bizimlə əlaqə saxlayın