30 
Yan
2020
22:20
3679

Marneulidə ağır yol qəzası baş verib - Atlı avtomobillə toqquşub +FOTO

Marneulinin Səbirkənd kəndində ağır yol qəzası baş verib.

İnterPress.ge xəbər verir ki, opel markalı avtomobil atlı ilə toqquşub.

Belə ki, qəza nəticədə atlı ağır xəsarət alıb, avtomobildə olanlar isə xəsarət görməyib.

Şahidlərin İnterPress.ge-yə verdiyi məlumata görə, atlı opel markalı avtomobilin qarşısına çıxıb.

Yaralanan şəxs Marneulidə yerləşən Geo Hospital xəstəxanasına qaldırılıb.

Faktla bağlı hadisə yerində polis araşdırmaya başlayıb.

Bizimlə əlaqə saxlayın