28 
Fev
2020
11:46
674

Gürcüstanda iqtisadi artım 5%-i ötüb

Bu ilin yanvar ayında Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) illik müqayisədə real artım tempi 5,1%-ə bərabər olub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Yanvar ayında tikinti, nəqliyyat, daşınmaz əmlak, yerləşdirmə və qida xidmətləri, topdan və pərakəndə satış, minik avtomobilləri və motosikllərin təmiri, informasiya və kommunikasiya, elektrik enerjisi, qaz, istehsal sahələrində artım qeydə alınıb. Dağ-mədən sənayesi sahəsində isə azalma olub.

Ötən ay ölkədə 3 698 şirkət qeydə alınıb ki, bu da illik müqayisədə 4,2% azdır.(report)

Bizimlə əlaqə saxlayın