26 
Fev
2020
19:23
1310

Lari dollara qarşı günü-gündən möhkəmlənir - Sabaha olan rəsmi məzənnə açıqlanıb

Gürcüstan milli valyutası olan lari ABŞ dollarına qarşı möhkəmlənməkdə davam edir.

InterPress.ge xəbər verir ki, bu gün saat 17:00-da Milli Bankın fevralın 27-nə müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 dollar 2.7928 lariyə bərabər olub.

Bu gün isə 1 dolların alışı 2.7946 lari məzənnəsi ilə həyata keçirilib.

Bizimlə əlaqə saxlayın