17 
Fev
2020
10:16
209

Gürcüstan Avropa İttifaqından pul istəyib

Ukrayna, Gürcüstan və Moldova Avrokomissiyaya maliyyə yardımı xahişi ilə müraciət edib.

InterPress.ge xəbər verir ki, bu haqda Ukraynanın xarici siyasət idarəsinin saytında bildirilib.

Məktub hər üç ölkənin Xarici İşlər nazirliklərinin başçıları tərəfindən imzalanıb.

Nazirlər yaxın yeddi il üçün büdcəni tərtib edərkən Ukrayna, Gürcüstan və Moldovanın Avropaya inteqrasiya prosesində həyata keçirdikləri və planlaşdırdıqları islahatların miqyası və ambisiyasını nəzərə almağı xahiş ediblər.

Onlar gələcəkdə dövlətlərin ehtiyaclarına resursların artırılmasının vacibliyini də qeyd ediblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Iqtisadiyyat xəbərləri