15 
Fev
2020
15:25
951

Gürcüstanın xarici ölkələrə borcu nə qədərdir?

Bu ilin yanvar ayında Gürcüstanın ümumi xarici borcu fevralın 1-nə dək 5 677,024 milyon ABŞ dollarına bərabər olub ki, bu da aylıq müqayisədə 0,063 milyon ABŞ dolları azdır. Borcun 5 429,173 milyon dolları hökumətin payına düşür.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Gürcüstanın ən çox borcu olduğu ilk üç ölkə Almaniya (369,396 milyon ABŞ dolları), Fransa (324,056 milyon ABŞ dolları) və Yaponiyadır (211,52 milyon ABŞ dolları).

Gürcüstanın Azərbaycana, Türkiyə, Rusiya və Ermənistana isə borcu aylıq müqayisədə dəyişməyib və müvafiq olaraq 6,699 milyon, 12,901 milyon, 51,356 milyon və 7,132 milyon ABŞ dolları təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər