10 
Fev
2020
14:00
619

Nazir: “Gürcüstan Azərbaycanla yeni birgə iqtisadi layihələri müzakirə edir”

“Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq olduqca yüksək səviyyədədir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Azərbaycan ənənəvi olaraq Gürcüstanın ticarət dövriyyəsində lider ölkələrdən biridir: “Gürcüstanda 700-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər və birgə biznes üçün çox yaxşı şərait yaradılıb”.

N.Turnava bildirib ki, görüşdə bir sıra yeni layihələr və təşəbbüslər müzakirə olunub: “Bu layihələrə “Orta dəhliz”in inkişafı da daxildir. Birgə səylərlə dəhlizin rəqabətliliyini artırmaq mümkündür ki, bu da hər iki ölkə üçün faydalı olacaq. Yeni birgə layihələr həmçinin energetika və logistika sahələrini də əhatə edir”.(report)

Bizimlə əlaqə saxlayın