06 
Fev
2020
11:32
1053

Gürcüstan dünyanın ən böyük sərgisinə ev sahibliyi edəcək

“Gürcüstan 2022-ci ildə dünyanın ən böyük turizm sərgi-yarmarkasına ev sahibliyi edəcək”.

InterPress.ge xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria hökumət iclasında bildirib.

O deyib ki, bu, Gürcüstan üçün böyük nailiyyətdir: “Berlin şəhərində keçirilən ən böyük sərgi-yarmarkasının 2022-ci ildə Gürcüstanda keçirilməsinə qərar verilib. Sərgiyə 180-dən çox iştirakçı ölkə qatılır və tədbir bir milyarddan çox insanı əhatə edir”.

G.Qaxaria qeyd edib ki, sərginin keçirilməsi böyük əhəmiyyət kəsb edir, çünki bu gün turizm Gürcüstanın iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biridir.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər