31 
Yan
2020
12:29
850

Gürcüstan iqtisadiyyatı 5,2% artıb

2019-cu ilin dekabr ayında Gürcüstanda ÜDM-in real artım tempi 3,8% təşkil edib.

İnterPress.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Ötən il ölkədə ÜDM-in orta artım tempi illik müqayisədə 5,2%-ə bərabər olub.

Dekabr ayında istehsal, nəqliyyat, topdan və pərakəndə satış, avtomobillər və motosikllərin təmiri, hotel və restoranlar sahəsində artım olub. Tikinti sahəsində isə azalma qeydə alınıb.

Bizimlə əlaqə saxlayın