24 
Mar
2020
17:16
2328

Lari şok həddə ucuzlaşdı - Sabah olan rəsmi məzənnə açıqlandı

Gürcüstan milli valyutası olan lari ABŞ dollarına qarşı rekord həddə ucuzlaşıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, sabah 1 dollar 3.4494 lariyə bərabər olacaq.

Bu gün isə 1 dolların rəsmi məzənnəsi 3.2389 lari təşkil edib. Bu günki məzənnə ilə dollar 0.2105 GEL bahalaşıb.

Qeyd edək ki, son iki həftədə milli valyutamız dollara nisbətdə 65 tetri yüksəldi. 10 Mart məzənnəsi 2.7963 idi.

Bizimlə əlaqə saxlayın