13 
Mat
2020
16:35
308

Gürcüstanın xarici borcu azalıb

Gürcüstanın xarici borcu azalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Belə ki, Gürcüstanın ümumi xarici borcu 5 673,599 milyon ABŞ dolları təşkil edir. Bu məbləğ aylıq müqayisədə 4,161 milyon ABŞ dolları azalıb. Borcun 5 426,408 milyon ABŞ dolları hökumətin payına düşüb.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüynə Almaniya (370,202 mln. dollar), Fransa (324,555 mln. dollar) və Yaponiya (211,837 mln. dollar) daxildir.

Gürcüstanın Azərbaycana, Türkiyə, Rusiya və Ermənistana borcu aylıq müqayisədə nisbətən azalaraq müvafiq olaraq 6,291miliyon ABŞ dolları, 12,105 milyon ABŞ dolları, 48,565 milyon ABŞ dolları və 6,771 milyon ABŞ dolları olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Iqtisadiyyat xəbərləri