12 
Mar
2020
11:31
649

Gürcüstan Milli Bankı: Proqnozlaşdırılan iqtisadi artım tempinə nail olmaq çətin olacaq

"Koronavirusa görə Gürcüstanın 2020-ci il üçün proqnozlaşdırılan 5%-lik iqtisadi artım tempinə nail olmaq çətin olacaq".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan Milli Bankının prezidenti Koba Gvenetadze deyib.

O bildirib ki, hazırda ölkədə virus səbəbi ilə yaranmış vəziyyət əsasında iqtisadi artımla bağlı proqnoza yenidən baxılmalıdır.

Qeyd edək ki, Gürcüstan hökuməti koronavirusun yaratdığı qlobal iqtisadi çətinliklərlə mübarizə çərçivəsində yeni iqtisadi komanda yaratdığını açıqlayıb. Komandanın əsas işinin Gürcüstan iqtisadiyyatının minimal zərərlə böhran vəziyyətindən çıxarılması olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın