11 
Mar
2020
11:54
742

ABŞ koronavirusa görə Gürcüstan və Azərbaycana ticarət missiyalarını təxirə salıb

Amerika Gürcüstan İş Şurası (AGBC) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), koronavirus infeksiyasının yayılmasını nəzərə alaraq Azərbaycan və Gürcüstana 5-10 aprel 2020-ci il tarixlərində nəzərdə tutulan ticarət missiyalarını təxirə salıb.

InterPress.ge -nin verdiyi məlumata görə, təşkilatlar bölgədəki yerli tərəfdaşların təhlükəsizliyinə əmin olduğundan sonra ticarət missiyalarının keçiriləcəyi yeni tarixlər barədə məlumat verəcək.

Ticarət missiyalarının təxirə salınması ilə bağlı qərar ABŞ-ın Azərbaycan və Gürcüstandakı səfirlikləri, eləcədə ABŞ-ın Türkiyədəki Ticarət Xidməti ilə məsləhətləşmələri nəticəsində qəbul edilib.

Bizimlə əlaqə saxlayın