26 
Yan
2020
09:18
95

“Atalanta” Turində böyükhesablı qələbə qazanıb

İtaliya A seriyasında XXI tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 3 oyun keçirilib.

Çempionatın autsayderi “Cenoa” Florensiya səfərindən xalla dönüb. “Fiorentina” ilə qolsuz heç-heçə Genuya təmsiçisinin son pillədən qurtulması üçün kifayət edib.

Autsayderlər qrupunun digər üzvü “Spal” evdə “Bolonya” ilə görüşüb. Meydan sahibləri hesabı açsalar da, üstünlüyü əldən verərək məğlubiyyətə üzülüb.

Günə Turində yekun vurulub. “Torino” Çempionlar Liqasına vəsiqə iddiasında olan “Atalanta”nı qəbul edib. İlk yarıda üç qol vuran Berqamo təmsilçisi fasilədən sonra daha dörd dəfə fərqlənməklə səfər matçını böyükhesablı qələbə ilə başa vurub. Yosip İliçiç görüşdə het-trik müəllifi olub.

Qeyd edək ki, tura yanvarın 26-da yekun vurulacaq.

İtaliya A seriyası

XXI tur

25 yanvar

“Spal” – “Bolonya” – 1:3

Petanya, 23 (pen.) – Vikari, 24 (avtoqol), Barrou, 59, Poli, 63

“Fiorentina” – “Cenoa” – 0:0

“Torino” – “Atalanta” – 0:7

İliçiç, 17, 53, 54, Qosens, 29, Zapata, 45 (pen.), Muriel, 86 (pen.), 88

 

Bizimlə əlaqə saxlayın