07 
Mar
2020
11:54
901

COVID-19-a qarşı peyvənd sınaqdan keçirildi

ABŞ-ın Quru Qoşunları Komandanlığının laboratoriyasında yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd hazırlanır.

InterPress.ge-nin CNN Türk-ə istinadən xəbərinə görə, ABŞ Müdafiə Nazirliyi tərəfindən hərbi qüvvələrdə virusun yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.

Peyvəndlə bağlı açıqlama verən Quru Qoşunları Komandanlığının Tibbi elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin (ETTKİ) komandiri Maykl Telli Quru Qüvvələri laborantlarının, Xəstəlik Nəzarət Mərkəzi (CDC), səhiyyə sənayesi və akademiyası ilə birlikdə peyvənd testinə başladıqlarını bildirib.

Maykl Telli peyvəndlərin ən qısa müddətdə immuniteti güclü olan insanlarda sınaqdan keçirilməyə başlanılacağını deyib.

Quru Qoşunları Yoluxucu Xəstəlikləri Araşdırma İnstitutunun direktoru Kavyon Modcarrad peyvəndin ilk olaraq siçanlarda sınanılacağını vurğulayıb.

O, ikinci mərhələdə sınağın insan anatomiyasına yaxın heyvanlarda, o cümlədən meymunlarda aparılacağını bildirib.

Lakin insanlara nə zaman peyvənd tətbiq olunacağının dəqiq vaxtı açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın