23 
Fev
2020
13:25
1143

Rusiyada ağır yol qəzası, 5 ölü - FOTO

Rusiyanın Kalmıkiya Respublikasında beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

InterPress.ge-nin Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, insident respublikanın Çernozemel rayonunun ərazisində, Komsomolski-Artezian avtomobil yolununun 25-ci kilometrliyində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər zərər çəkib. Onlardan beşi dünyasını dəyişib.

Ölənlər arasında uşaq yoxdur.

Qəzanın baş vermə səbəbləri müəyyən edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər