13 
Fev
2020
12:50
751

İndoneziyanın ən aktiv vulkanı püskürdü VİDEO

İndoneziyanın mərkəzindəki Yava adasında yerləşən Merapi vulkanının püskürməsi qeydə alınıb.

InterPress.ge “Sinhua”ya istinadən xəbər verir ki, vulkan kraterdən 2 kilometr yüksəkliyə tüstü və kül sütunu püskürüb.

İndoneziya rəsmiləri vətəndaşlara onun kraterinə 3 kilometrdən artıq yaxınlaşmağı qadağan edib. Yerli xilasetmə xidmətləri yüksək hazırlıq səviyyəsinə gətirilib.

Qeyd edək ki, tərcümədə “atəş dağı” mənası verən Merapi İndoneziyanın ən aktiv vulkanı sayılır. Vulkanın 2016-cı ildə püskürməsi zamanı azı 340 nəfər ölüb, 60mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Bizimlə əlaqə saxlayın