22 
Mar
2020
09:49
538

İspaniyada koronavirusdan ölüm və yoluxma hallarının artacağı bildirilir

İspaniyada yeni növ koronavirusa yoluxma hallarının və bu virusdan ölənərin sayı yaxın gələcəkdə artacaq.

InterPress.ge “TASS”-a istinadən xəbər verir ki, belə bir açıqlamanı İspaniya hökumətinin sədri Pedro Sançes hökumətin saytında yayımlanan xalqa müraciətində edib.

“Diaqnoz qoyulan halların və ölümlərin sayı yaxın günlərdə artacaq, bizi çox çətin günlər gözləyir”, - Sançes belə deyib.

Onun sözlərinə görə, hakimiyyət xəstəliyin yayılmasının qarşısını almaq üçün “dünyada ən qətiyyətli və sərt tədbirlər” görüb.

İspaniyada koronavirus infeksiyasına ilk yoluxma halı yanvarın 31-də qeydə alınıb. İndi krallıqda təxminən 25 min xəstə var, 1,3 mindən çox insan bu virusdan ölüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər