20 
Mar
2020
19:14
593

İranda gün ərzində koronavirusa yoluxan 149 nəfər ölüb

İranda yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı artıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə İran Səhiyyə nazirinin müşaviri Əli Reza Vahabzadə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ə. R. Vahabzadə bildirib ki, gün ərzində koronavirusa yoluxanların sayı 1237 nəfər artaraq 19 min 644 nəfərə çatıb, 6 min 745 nəfər sağalıb. Koronavirusa yoluxanlardan daha 149 nəfər isə ölüb və virusdan ölənlərin sayı 1433 nəfərə çatıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər