19 
Mar
2020
10:12
738

Koronavirusun qeydə alındığı ölkələrin sayı artdı

Okeaniya ölkəsi Ficidə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

InterPress.ge” xəbər verir ki, bunu ada dövlətin səhiyyə naziri İfereymi Vakaynabete deyib.

Nazirin sözlərinə görə, yoluxan şəxs ABŞ-dan qayıtmış “Fiji Airways”in stüardıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 219 345-ə çatıb. Bunların 85 745 nəfəri sağalıb, 8 869 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizimlə əlaqə saxlayın