19 
Mar
2020
10:10
672

Koronavirusun episentri Uhanda yoluxma və ya ölüm qeydə alınmadı

Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 8 nəfər artıb.

InterPress.ge” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, virusa yoluxanların sayı 34 nəfər artıb, daha 819nəfər sağalıb.

Bu halda ölkədə epidemiyanın episentri olmuş Uhan şəhərində hər hansı yoluxma və ya ölüm qeydə alınmayıb.

İdarənin məlumatına görə, ölkədə epidemiyaya yoluxanların ümumi sayı 80,9 min nəfərə çatıb, onlardan 70,4 min nəfəri sağalıb, 3 245 nəfər ölüb. Yenilənmiş məlumatlara əsasən, Çin üzrə virusdan ölüm faizinin rəsmi göstəricisi 4% təşkil edir.

Bizimlə əlaqə saxlayın