19 
Mar
2020
10:02
860

Daha iki ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

Kosta-Rikada koronavirusdan ilk ölüm qeydə alınıb.

InterPress.ge” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölən şəxs 87 yaşlı kişidir. Onun vətəndaşlığı açıqlanmır.

Hazırda Kosta-Rika həkimləri ölkədə 69 koronavirusa yoluxma halı qeydə alıblar.

Yamaykada da COVİD-19 infeksiyasından ilk ölüm qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, ölən 79 yaşlı kişidir. O, bir neçə gün əvvəl ABŞ-dan qayıdıb. Yamaykada 15 koronavirusa yoluxma halı aşkarlanıb.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 200min nəfəri ötüb, xəstəlikdən 8 mindən çox insan ölüb.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizimlə əlaqə saxlayın