18 
Mar
2020
22:31
8500

Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarına ŞAD XƏBƏR: Gürcüstan vətəndaşları Azərbaycanda müvəqqəti qeydiyyat müddətlərini uzada bilərlər

Azərbaycanda olan Gürcüstan vətəndaşlarının ölkə ərazisində müvəqqəti qeydiyyat müddətini uzatmaq imkanları var.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycan ərazisində 15 gündən çox (maksimum 90 gün) qalmaq istəyən xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs müvəqqəti ünvanda qeydiyyatdan keçməlidir. Müddəti pozduqda 300 manatdan (555 lari) 400 manata (741 lari) qədər cərimə tətbiq edilir.

Dünyadakı mövcud vəziyyəti və koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirləri nəzərə alaraq, müvəqqəti qeydiyyat vaxtını uzatmaq istəyən vətəndaşlar, elektron qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

Bunun üçün müraciət edən şəxslər Xidmətin www.migration.gov.az rəsmi internet saytında bölmələri bu ardıcıllıqda - Dövlət xidmətləri - Elektron xidmətlər - Müvəqqəti qeydiyyat müddətinin uzadılması - seçməlidirlər. Anketi doldurarkən bu bənd qeyd edilməlidir - 11.6 Məcburi dayanma halı (ölkəni öz iradəsindən aslı olmayan səbəblərdən tərk edə bilmədi).(report)

Bizimlə əlaqə saxlayın