17 
Mar
2020
09:27
683

Britaniyalı aktyor İdris Elba koronavirusa yoluxub

Britaniyalı aktyor İdris Elbanın koronavirus testinin cavabı müsbət olub.

InterPress.ge TASS-a istinadən xəbər verir ki, bu barədə aktyor Twitter səhifəsində bildirib.

"Bu gün səhər COVID-19 üçün testdən keçdim, cavab pozitiv oldu. Lakin özümü yaxşı hiss edirəm", - deyən Elba narahatlığa heç bir səbəb olmadığını yazıb.

Qeyd edək ki, İdris Elba 1972-ci ildə Londonda anadan olub. Aktyorluq karyerasına televiziyada başlayıb. 1990-cı illərdə Elba filmlərə çəkilməyə başlayıb. 2011-ci ildə "Tor" filmindəki aldığı rol ona populyarlıq qazandırıb.

Sonralar "Rock and Roll", "Sakit okean xətti", "Böyük oyun" filmləri də Elbaya şöhrət gətirib. 2012-ci ildə Elba çox hissəli detektiv janrda çəkilən “Lüter” filmindəki roluna görə "Mini-serialda və ya televiziya filmindəki ən yaxşı aktyor" kateqoriyasında Qızıl Qlobus Mükafatına layiq görülüb.

Bizimlə əlaqə saxlayın