13 
Mar
2020
12:05
1069

Çin Uhandakı koronavirusun ABŞ-dan gətirildiyini açıqladı

“Dürüst olun! Məlumatlarınızı dərc edin! ABŞ bizə izah etməlidir”.

InterPress.ge xəbər verir ki, bu fikirləri Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan“Twitter” səhifəsində yazıb.

O, bununla Amerika Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin rəhbəri Robert Redfildinsözlərinə cavab verib. Belə ki, mərkəz rəhbəri daha əvvəl verdiyi açıqlamada ABŞ-da insanların bir neçə dəfə qirpdən öldüyü düşünüldüyü halda sonradan onlarda koronavirus aşkar edildiyini söyləmişdi.

Xatırladaq ki, ötən il dekabrın 31-də Çin hökuməti Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığını elan edib. Xəstəliyin törədicisi rəsmi adı COVID-2019 olan koronavirusun yeni növüdür.

Koronavirus infeksiyasına yoluxma halları artıq dünyanın 110-dan çox ölkəsində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər