26 
Mat
2020
09:33
148

Türkiyədə daha 15 nəfər koronavirusdan öldü

Türkiyədə son 24 saat ərzində 561 nəfərdə koronavirus aşkarlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz sosial media hesabında məlumat verib.

O bildirib ki, son sutka ərzində 15 nəfər bu səbəbdən vəfat edib. Bununla da Türkiyədə koronavirus səbəbindən ölənlərin sayı 59-a çatıb.

Hazırda Türkiyədə ümumilikdə 2433 nəfər epidemiyadan əziyyət çəkir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri