26 
Mat
2020
09:29
130

Fransada son 24 saat ərzində daha 231 nəfər koronavirusdan ölüb

Son 24 saatda Fransada 230-dan çox insan koronavirus xəstəliyinin qurbanı olub. Ölkə ərazisində virusdan ölənlərin ümumi sayı 1331 nəfərdir.

InterPress.ge “TASS”-a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon məlumat verib.

“Fransada ümumilikdə 25 233 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 1331-dir, onlardan 231 nəfər son sutka ərzində ölüb”, - Salomon belə deyib. Onun sözlərinə görə, ölənlərin 86%-dən çoxu 70 yaşından yuxarı insanlardır.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri