21 
Mat
2020
09:23
521

Daha iki ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

İsraildə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

InterPress.ge RİA “Novosti”yə istinadən xəbər verir ki, COVİD-19 infeksiyasının daşıyıcısı olmuş qoca kişi ölüb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, Qüdsün "Şearey Sedek" tibb mərkəzindəki 88 yaşlı pasiyent dünyasını dəyişib. Pasiyent çox ağır vəziyyətdə tibbi yardıma müraciət edib.

Cümə günü İsraildə 705 nəfərə koronavirus diaqnozu qoyulub, 10 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir, 662 nəfər yüngül vəziyyətdədir, 15 nəfər sağalıb.

Parqvayda da koronavirusdan ilk ölüm qeydə alınıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

"Təəssüflə koronavirusdan pasiyentlərdən birinin ölümü barədə məlumatlandırırıq. O bir neçə gün boyunca intensiv terapiyada idi", - deyə nazirliyin “Twitter”dəki xəbərində bildirilir.

Həkimlər ölkə ərazisində 18 yoluxma halı aşkar ediblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri