10 
Mar
2020
13:16
2853

Gürcüstanın təhsil müəssisələrində tətilin müddəti uzadıla bilər

Gürcüstanda koronavirusla bağlı təhsil müəssisələrində martın 16-dək elan olunan tətilin müddətinin uzadılacağı istisna edilmir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, məsələ ölkədəki koronavirusla bağlı epidemioloji vəziyyətə uyğun olaraq nizamlanacaq.

Mərkəz rəhbəri qeyd edib ki, tətilin müddətinin artırılması haqqında qərarı bu həftə ərzində Dövlət Qurumlararası Koordinasiya Şurası qəbul edəcək.

Qeyd edək ki, qonşu ölkədə bu günə qədər 15 şəxsdə koronavirus təsdiqlənib. Karantində 178, stasionar nəzarətdə isə 56 nəfər saxlanılır.(report)

Bizimlə əlaqə saxlayın