07 
Mar
2020
08:26
2320

Gürcüstanda koronavirusa yoluxanların sayı 12-yə çatdı

Gürcüstanda koronavirusa yolxan şəxslərin sayı 12-yə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda (stopcov.ge) yerləşdirilib.

Saytda qeyd olunub ki, karantində 140, tibbi nəzarətdə isə 42 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Bizimlə əlaqə saxlayın