06 
Mar
2020
16:52
3476

Gürcüstana səfər edənlərin NƏZƏRİNƏ: Gürcüstan əcnəbilərin ölkəyə daxil olmasını sərtləşdirdi

Gürcüstan koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkə ərazisinə daxil olmaq şərtlərini sərtləşdirib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qrurumlarıarası Koordinasiya Şurasının iclasında qərar qəbul olunub.

Qərara əsasən, yüksək risk daşıyan ölkələrdən Gürcüstana səfər edən yerli və xarici ölkə vətəndaşları ölkəyə daxil olarkən koronavirus tetsindən keçmələri barədə sertifikat təqdim etməli olacaqlar.

Əcnəbilər bu sənədi gəldiyi ölkənin və ya tranzit ölkənin müvafiq laboratoriyasından əldə etməlidir.

Gürcüstana daxil olan şəxslər sərhəd-keçid məntəqələrində intensiv tibbi yoxlanışdan keçiriləcək və məcburi qaydada 14 günlük karantində saxlanılacaqlar.

Bizimlə əlaqə saxlayın