24 
Fev
2020
22:28
2078

Bakurianidə faciə baş verib - 22 yaşlı qız həyatını itirib

Bakurianidə xizək sürərkən yıxılan gənc qız həyatını itirdi.

Bu barədə InterPress.ge-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatlara görə, ölən qız 22 yaşlı Gürcüstan vətəndaşı olub. Onun cəsədinin müayinəsi zamanı cəsəddə xəsarətlər və travma aşkarlanıb. Artıq cəsəd prokurorluğa təhvil verilib.

Qəzanın təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın