24 
Fev
2020
09:59
982

Həyat yoldaşına zorakılıq edib öldürməklə hədələyən şəxs saxlanıldı - VİDEO

Batumi polisi ailə zorakılığı və həyat yoldaşına təhdid ittihamı ilə bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yayımlanan açıqlamada deyilir.

İstintaqla müəyyən edilib ki, 1968-ci il təvəllüdlü şəxs ailə üzvlərini dəfələrlə döyüb və təhqir edib, həmçinin həyat yoldaşını öldürməklə hədələyib.

Faktla bağlı istintaq "ailə zorakılığı" və "təhdid" maddələri ilə aparılır. Maddə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın