23 
Fev
2020
22:26
825

İnfeksiya Xəstəxanasında olan dörd İran vətəndaşında koronavirus təsdiq olunmayıb

İnfeksiya Xəstəxanasına yerləşdirilən dörd İran vətəndaşında koronavirus təsdiq olunmayıb.

InterPress.ge xəbər verir ki, bu barədə İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadze bildirib.

Onun dediyinə görə, hazırda hər dörd pasientin durumu qənaətbəxşdir və onlar evə günün sonunda buraxılacaqlar.

“Dünən gecə bizim klinikamıza daxil olan və bu vaxta qədər klinikada qalan İranın dörd vətəndaşı barəsində məlumat vermək istəyirəm. Onlara hər növ müayinə edildi və nəticədə pnevmoniya təsdiq olunmadı. Az öncə Luqar Laboratoriyasından analizlərin cavıbını aldıq. Cavaba əsasən onların heç birində koronavirus təsdiq olunmadı. Hazırda hər dörd pasientin durumu qənaətbəxşdir və güman edildiyinə görə, onlar evə günün sonunda buraxılacaqlar”.

Bizimlə əlaqə saxlayın