23 
Fev
2020
18:35
2576

Gürcüstanda ağır yol qəzası baş verib - İki nəfər həyatını itirib

Telavi şəhəri yaxınlığında baş verən qəzada iki nəfər ölüb, daha bir nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rustavi 2 telekanalı yayıb.

Qəza bazar günü gecə Telavi şəhərini Kvareli şəhəri ilə birləşdirən yolda baş verib.

Məlumata görə, yük maşını qarşıdan gələn sərnişin avtomobili ilə toqquşub. İki gənc ölümcül yaralanaraq yerindəcə dünyalarını dəyişiblər.

Digər bir zərərçəkən, 45 yaşlı kişi Telavi Referral Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın